Preloader

Bizi izləyin

Audio Materialların Peşəkar Şəkildə Transkripsiyası

Ən çox qazancı multimedia fayllarınızdan istifadə etməklə qazanın. “CETA Translations” beynəlxalq görüş, müsahibə, podkast, vebinar, film və digər materialların istənilən növ audio yazılarını mətn faylına çevirə bilər.

İstənilən Vaxt Və Bir Çox Dillərdə Yüksək Səviyyəli Transkripsiya Xidmətləri

Multimedia mənbələrindən strateji planlaşdırma və beynəlxalq biznes əməliyyatlarının icrası ilə bağlı çoxlu məlumat toplamaq mümkündür. Beynəlxalq görüşlər, simpoziumlar, vebinarlar, sənaye və siyasi liderlərlə müsahibələr biznesin inkişafı üçün dəyərli məlumatlar verə bilər. “CETA Translations” bu cür audio materialların məzmununu yazmağınıza kömək edəcək.

Şirkətin peşəkar transkripsiyaçıları istənilən vaxt bir çox dillərdə ən dəqiq transkripsiyaların hazırlanmasına zəmanət verirlər. Bu transkripsiyalar müştəriyə təhvil verilməzdən əvvəl peşəkar yazıçılar tərəfindən yoxlanılacaq və redaktə ediləcək. “CETA Translations” şirkətinin xidmətləri istər sözbəsöz, istərsə də məğzə əsaslanan transkripsiyanı ehtiva edir. Bu növlər arasında sizə daha münasib olanının müəyyən edilməsi hazırlanan mətn faylının planlaşdırılmasından asılıdır. Məsələn, sözbəsöz transkripsiyalar müsahibələrin sənədləşdirilməsində və ya hüquqi ifadələr üçün istifadə olunmalıdır.

Digər tərəfdən, məğzə əsaslanan transkripsiya işgüzar görüşlər və ya vebinarlar kimi tədris materiallarının sənədləşdirilməsi üçün münasibdir. Seçim sizindir. Bu iki üsuldan istənilən birini seçsəniz, dünya səviyyəli transkripsiya xidmətindən istifadə edəcəyinizə əmin olun.

“CETA Translations” şirkətinin transkripsiyaçıları, yazıçıları və naşirlərinin hamısı peşəkar dilçilərdir. Audio faylların dili şirkət dilçilərinin doğma dilidir və bundan başqa, onlar müvafiq mövzularda məlumata sahibdirlər. İstənilən vaxt ehtiyac duyulan xidmətləri həyata keçirmək üçün “CETA Translations” kifayət qədər insan resursuna malikdir.

Sorğu Göndər

Sürət

Müştəri tərəfindən tərcümə sifarişi təsdiq edildikdən sonra CETA Tərcümə Mərkəzi maksimum 30 dəqiqə ərzində sifarişin icrasına başlayır. Məmnuniyyətlə bildiririk ki, CETA Tərcümə Şirkəti sifarişlərinin 95%-i vaxtında təhvil verilmişdir.

Şəbəkə

Ştatlı və sərbəst tərcüməçilərdən ibarət böyük şəbəkəmiz bizə istənilən miqyasda tərcümə sifarişini vaxtında və keyfiyyətlə icra etməyə imkan verir.

Keyfiyyət

Tərcümə sifarişinizi tərcümə etməklə kifayətlənmir, onun tərcümə olunduğu dildə orijinal mətn kimi təbii səslənməsini təmin edirik. Məhz buna görə də müştərilərimizin 95%-i daimi müştərilərimizdir.

Sərfəli

Biz yüksək keyfiyyətli xidmətləri əlverişli qiymətlərlə təqdim edirik! Biz xidmətlərimizi təqdim etmək üçün düzgün və səmərəli planlaşdırmamıza güvənirik!

Biznesinizin Beynəlxalq Səviyyədə Fəaliyyəti Üçün Ən Yaxşı Tərəfdaşınız Ola Bilərik

“CETA Translations” beynəlxalq müştəriləri üçün ən yaxşı transkripsiya xidmətlərini təqdim edir. Bütün sahələr üzrə müştərilər öz transkripsiya layihələrini “CETA Translations” şirkətinə etibar edirlər. İstər işgüzar strateji məqsədlər, hüquqi ifadələr, istərsə də kadrların təhsili və təlimi üçün şirkətin transkripsiya xidmətlərinə etibar edə bilərsiniz.

Sorğu Göndər