Preloader

Bizi izləyin

Kadrarxası Səsləndirmə

Bu növ tərcümə xidməti audiovizual media mətnlərinizi beynəlxalq auditoriyaya izlətmək imkanı yaradır. “CETA Translations” dünya səviyyəli kadrarxası səsləndirmə ilə hekayənizə fərqli dillərdə həyat verəcək.

Kadrarxası Səsləndirmənin Bütün Səviyyələrində Peşəkarlıq

Kadrarxası səsləndirmə sizin audiovizual mətnlərinizi dünyaya çatdırmaq üçün effektiv tərcümə üsuludur. Bu üsuldan, əsasən, sənədli film, elektron tədris kursları və xarici dildə olan müsahibələrin tərcüməsi zamanı istifadə edilir. Kadrarxası səsləndirmə zamanı tərcümə edilmiş ssenari orijinal mətnin üzərinə əlavə olaraq lentə alınır. Əksər tamaşaçılar bu cür tərcümə üsulunu subtitrlarla edilmiş tərcümələrdən üstün tuturlar. Kadrarxası səsləndirmə müxtəlif dil xidmətlərini əhatə edir.

“CETA Translations” dilçilər, səs mühəndisləri və səs aktyorları qrupu sayəsində kadrarxası səsləndirmələrlə bağlı bütün tərcümə layihələrinizin öhdəliklərini öz üzərinə götürə bilər. Şirkətin transkripsiyaçıları orijinal audiovizual mətnin məzmununu dəqiq şəkildə transkripsiya edəcək, peşəkar tərcüməçiləri isə ssenarinin dəqiq tərcüməsini təqdim edəcəklər. Bundan əlavə, onlar tərcümə olunmuş ssenarinin cəlbediciliyi və effektivliyini artırmaq məqsədilə onu lokallaşdıracaqlar.

Səs mühəndisləri ilə əməkdaşlıq etməklə tərcüməçilər tərcümə olunmuş mətnin dəqiqliyinə xələl gətirmədən onun uzunluğunu müəyyənləşdirəcəklər. Bu, lentə alınmış səsin videoya düzgün şəkildə sinxronlaşdırılması üçün lazımdır. Mümkün olduqda müştəri ssenarinin son variantını təsdiq etmək üçün onu nəzərdən keçirə bilər. Səsyazma seanslarından əvvəl hədəf dildə mətni hazırlamaq üçün müştəri ilə bütün təfərrüatlar müzakirə ediləcək. Sonda doğma dili hədəf dil olan aktyorlar ssenarinin son variantını lentə alacaqlar. Aktyorlar müştərinin tələffüz, ritm, səs və tonla bağlı bütün tövsiyələrini nəzərə alacaqlar.

Sorğu Göndər

Sürət

Müştəri tərəfindən tərcümə sifarişi təsdiq edildikdən sonra CETA Tərcümə Mərkəzi maksimum 30 dəqiqə ərzində sifarişin icrasına başlayır. Məmnuniyyətlə bildiririk ki, CETA Tərcümə Şirkəti sifarişlərinin 95%-i vaxtında təhvil verilmişdir.

Şəbəkə

Ştatlı və sərbəst tərcüməçilərdən ibarət böyük şəbəkəmiz bizə istənilən miqyasda tərcümə sifarişini vaxtında və keyfiyyətlə icra etməyə imkan verir.

Keyfiyyət

Tərcümə sifarişinizi tərcümə etməklə kifayətlənmir, onun tərcümə olunduğu dildə orijinal mətn kimi təbii səslənməsini təmin edirik. Məhz buna görə də müştərilərimizin 95%-i daimi müştərilərimizdir.

Sərfəli

Biz yüksək keyfiyyətli xidmətləri əlverişli qiymətlərlə təqdim edirik! Biz xidmətlərimizi təqdim etmək üçün düzgün və səmərəli planlaşdırmamıza güvənirik!

Müxtəlif Sahələr Üzrə Kadrarxası Səsləndirmə

“CETA Translations” sizin tərcümə layihənizi ən yüksək keyfiyyətlə həyata keçirə bilər. “CETA Translations” peşəkar kadrarxası səsləndirmə xidmətləri tələb edən müxtəlif sahələrlə işləyir. Beynəlxalq biznesinizə lazım olan konfrans təqdimatları, reklam və müsahibələrin kadrarxası səsləndirmələrini həyata keçirə bilər. Əyləncə sənayesinə gəldikdə isə şirkətin dünya səviyyəli kadrarxası səsləndirmə ilə bağlı tərcümə xidmətləri qlobal auditoriyaya filmlərinizi və ya sənədli filmlərinizi qiymətləndirmək imkanı verəcək. “CETA Translations” audiovizual yaradıcılığınızın müvəffəqiyyətlə beynəlmiləlləşməsinə zəmanət verən aktyorları seçə bilməkdən ötrü çoxlu səs dinləmələri edir.

Sorğu Göndər