Fransız dili 29 ölkənin rəsmi dilidir. Dilin təxminən 76 milyon daşıyıcısı var. Bununla birlikdə, dünyada təqribən 300 milyon frankofon insan var ki, bu dildə müxtəlif səviyyələrdə danışa bilir. Fransız dilində, əsasən, Fransa, Kanada, Belçika, Monako, Lüksemburq, Amerika Birləşmiş Ştatları və İtaliyanın bəzi bölgələrində danışırlar. Bu dildə həmçinin Afrika və Yaxın Şərqin bir sıra ölkələrində də danışırlar. Fransız dili Avropa və ABŞ-da ən çox öyrədilən ikinci dildir. Tarixən fransız dilindən ədəbiyyatda və elmi fəaliyyətlərdə istifadə edilmişdir. Hal-hazırda isə ondan rəsmi olaraq, Birləşmiş Millətlər Təşkilatı və Avropa Birliyi kimi əksər beynəlxalq təşkilatlarda geniş istifadə edilir. İngilis dili və Çinin Mandarin ləhcəsindən sonra fransız dili biznes qurmaq üçün ən faydalı dil hesab olunur.
Fransız-Azərbaycan Dili Tərcümə Xidmətləri
Biznesinizin böyük fransızdilli bazarlara doğru genişlənməsi üçün “CETA Translations”a etibar edə bilərsiniz.