Əvvəlki illərlə müqayisədə indi insanlar daha çox səyahət edir. “Lou-kost” uçuşlar, ucuz hotellər, vizasız gedilən ölkələrin hər gün artması turizm sektorunun da inkişafına təkan verir. CETA Tərcümə Mərkəzi turizm agentliklərinə dünyadakı bütün potensial müştəriləri ilə əlaqə qurmaq imkanı yaradır.
Biz sizə xidmətlərinizi dünyanın müxtəlif ölkələrində müxtəlif dillərdə danışan potensial turistlərə çatdırmağı təklif edirik. CETA Tərcümə Mərkəzi səyahət kitabçaları, broşürlər, uçuş məlumatları, bülletenlər, audio-bələdçilər, turlar haqda məlumatlar, sanatoriya və turistik məkanların spesifik özəllikləri barədə materiallar və turizm sektorundakı çoxsaylı müəssisələr üçün menyuların yüksək peşəkarlıqla tərcüməsini həyata keçirir. Sahə üzrə ixtisaslaşmış tərcüməçilərimiz mətnlərdə turizm məkanlarının, yeməklərin və adət-ənənələrin məxəz dildəki təsvirinin cəlbediciliyini saxlayır, onların özünəməxsusluğuna toxunmur. Biznesinizə daha çox beynəlxalq müştəri cəlb etmək üçün işinizi rahatlıqla bizə əmanət edə bilərsiniz. Çünki turizm sektorunda onlarla otel, restoran və hava yolu şirkəti bizim daimi müştərimizdir.