Tibb sənayesi və əczaçılıq müasir dövrün ən sürətlə yenilənən və davamlı inkişaf edən sahələrindən biridir. Az qala hər gün yeni kəşflərlə yadda qalan tibb sənayesi insanların sağlamlığı üçün əsrlərdir davamlı yenilənmə prosesi içindədir. CETA Tərcümə Mərkəzi tibb sənayesinin oyunçularına göstərdiyi tərcümə xidmətləri ilə bu ümdə amala öz töhfəsini verir. Biz tibbi və farmasevtik sənədlərin, müxtəlif dillərdə təlimatların, dərmanların istifadə təlimatlarının ən dəqiq tərcüməsini həyata keçiririk.
CETA müştərilərinə tibbi qeydiyyat sənədlərinin, kliniki sınaq nəticələrinin, tibbi cihaz təlimatlarının və digər müvafiq sənədlərin tərcüməsini təklif edir. Biz tibb sənayesindəki ən kiçik tərcümə səhvinin mənfi nəticələr doğura biləcəyini dərindən dərk edir və işimizi yüksək məsuliyyətlə görürük. Sahə üzrə ixtisaslaşmış peşəkar filoloq və tərcüməçilərdən ibarət böyük komandamız tibb sənayesində baş verən ən son elmi kəşfləri izləyir, tibbi terminologiyanı dərindən bilir.
CETA Tərcümə Mərkəzinin tibb sənayesi üzrə sahəvi biliklərə malik tərcüməçilərinə öz materiallarınızı rahatlıqla etibar edə bilərsiniz. Çünki biz insan həyatını işimizin üstündə tutur və hər bir sözün seçilməsində bunu nəzərə alırıq.
CETA Tərcümə Mərkəzi yerli və xarici səhiyyə müəssisələri, əczaçılıq şirkətləri və tibb sənayesinin digər iştirakçılarının əsas tərəfdaşlarından biridir.
Biz eyni zamanda tibb sahəsi üzrə ixtisaslaşdırılmış şifahi tərcümə xidmətləri də təklif edirik. İstər xaricdə həkim yoxlanışına getmək, istərsə də beynəlxalq tibbi simpoziumlarda iştirak etmək üçün bizim peşəkar əməkdaşlarımızın şifahi tərcümə xidmətlərindən istifadə edə bilərsiniz.
CETA Tərcümə Mərkəzinin peşəkarları tibb sahəsindəki yüksək məsuliyyəti dərk edir, tərcümələrində dəqiqliyi əsas meyar götürür. İşinizi öz işinin peşəkarlarına həvalə edin!