CETA Tərcümə Mərkəzi çoxdilli istehsal prosesinin tərəfləri arasında ideal ünsiyyəti təmin etmək üçün ən etibarlı tərəfdaşınızdır. Texniki sahədəki tərcümə təcrübəmiz bizi böyük şirkətlərin seçiminə çevirib. Bir çox nüfuzlu beynəlxalq istehsalçı bu sahədəki tərcümə işlərini məhz bizə etibar edir. Bizim yüksək ixtisaslı texniki tərcüməçilərimiz həm yazılı, həm də şifahi tərcümə materiallarınızı ən dəqiq və keyfiyyətli şəkildə yerinə yetirir. Əməkdaşlarımız peşəkar filoloq olmaqla yanaşı, həm də sənaye istehsalının vacib sahələrində bakalavr və magistr dərəcələrinə sahibdir. Standart əməliyyat prosedurları, texnoloji qurğuların təlimat kitabları, modern sənaye alətlərinin istifadə qaydaları və digər bu kimi vacib texniki sənədlərinizin bütün dillərə dəqiqliklə uyğunlaşdırılacağına təminat veririk. CETA Tərcümə Mərkəzi həmçinin mühəndislik sənayesində, beynəlxalq layihələrdə iştirak edən müxtəlif hüquqi və fiziki şəxslərə sahəvi materialların dəqiq tərcümə xidmətlərini təklif edir.
Biz tərəfdaşlarınızın dəqiq və etibarlı texniki tərcümələrlə işləməsini təmin edirik. Peşəkar filoloqlarımız mühəndislik terminologiyası, texniki anlayışlar və sənaye standartları haqqında yüksək biliklərə sahibdir. Biz eyni zamanda layihə görüşləri, təlimlər və ya digər oxşar tədbirlər üçün mükəmməl şifahi tərcümə xidməti də göstəririk. Mühəndislik layihənizin uğurunu riskə atmayın. CETA Tərcümə Mərkəzinin şifahi və yazılı tərcüməçiləri sizin dil maneələrini asanlıqla aşmağınızın və layihənizin uğur qazanmasının təminatçısıdır!