İqtisadiyyatın qloballaşması, biznesdə sərhədlərin aradan qalxması işinizi böyütmək üçün bir çox imkan yaradır. Elə isə biznesinizi dünyaya açın! CETA Tərcümə Mərkəzi beynəlxalq maliyyə qurumları, investorlar, banklar, aktivlərin idarə edilməsi üzrə menecerlər və konsaltinq şirkətləri ilə əlaqələrinizin inkişafına töhfə verəcək. Biz sizə biznes və maliyyə sahəsində beynəlxalq səviyyəli tərcümə xidmətləri təklif edir və işinizin qlobal miqyasda tanınmasına vasitəçi oluruq. Bizim peşəkar maliyyə mütəxəssisi olan filoloqlarımız biznes hesabatları,səhmdarların bildirişləri, müqavilələr, vergi sənədləri və s. kimi vacib materiallarınızın dəqiq tərcüməsini həyata keçirir. CETA Tərcümə Mərkəzi həmçinin, audit sənədləri, ortaqlıq müqavilələri, beynəlxalq kreditorlar üçün hazırlanmış materialları da müvafiq hüquqi terminologiya nəzərə alınmaqla dəqiqliklə tərcümə edir.
Biznesinizlə bağlı sənədlərinizin təhlükəsizliyi və məxfiliyi bizim başlıca öhdəliyimizdir. Tələb əsasında tərcüməçilərimiz biznes və maliyyə sənədlərinizlə bağlı məxfilik müqaviləsi də imzalaya bilər.
Biz bilirik ki, vaxt sizin üçün puldur! Buna görə də komandamız qazancınızı maksimuma çıxarmaq üçün bütün gücü ilə işləyir və sifarişlərinizi təslim tarixinə uyğun – tam vaxtında təhvil verir.