Hüquqi baxımdan dəqiqlik tələb edən sənədlərdə yanlış tərcümə sonda ağır öhdəliklərə səbəb ola bilər. Bu baxımdan yerli və ya beynəlxalq qanunvericiliyi dərindən bilməyən tərcüməçilərlə əməkdaşlıq işinizdə böyük fəsadlara yol aça bilər. Belə təhlükələrdən qorunmaq üçün ən ideal ünvan isə CETA Tərcümə Mərkəzidir. Çünki bizim peşəkar filoloqlarımız həm yerli, həm də beynəlxalq qanunları yüksək səviyyədə bilir. Tərcüməçilərimiz qanunvericilikdəki ən son dəyişiklikləri yaxından izləyir və sizə qüsursuz tərcümə xidmətləri təklif edir. Biz sizə hüquqi sənədlərinizin və beynəlxalq layihələrinizin dəqiq tərcüməsini təklif edirik. Yerli və ya beynəlxalq məhkəmə qərarları, beynəlxalq hüquqi yazışmalar, ərizə və ya müraciətlərinizi bizə etibar etməklə onların bütün xarici dillərə dəqiq tərcüməsinə nail olacaqsınız.
CETA Tərcümə Mərkəzi qlobal hüquq firmaları, müəssisələr və fərdlər üçün hüquq sahəsi üzrə yüksək peşəkarlıqda yazılı və şifahi tərcümə xidmətləri göstərir. Hüquq sahəsini, hüquqi terminologiyanı ən yüksək səviyyədə bilən peşəkar tərcüməçilərimiz sizə lazım olan bütün hüquqi proseslərin və sənədlərin aydın tərcüməsini təqdim edir.
Biz qanunvericilik sahəsindəki ən kiçik tərcümə səhvinin belə, səbəb ola biləcəyi nəticələri yaxşı bilirik. Buna görə də hüquqi sənədlərinizi bu sahə üzrə ixtisaslaşmış tərcüməçi filoloqlarımıza etibar edirik. CETA Tərcümə Mərkəzi bütün hüquqi sənədlərin ən yüksək təhlükəsizlik və məxfiliklə tərcümə olunacağına təminat verir.
Biz sizə hüquqi sahə üzrə şifahi tərcümə və transkripsiya xidmətləri də təklif edirik. Peşəkar sinxron tərcüməçilərimiz məhkəmə işlərində və ya digər hüquqi prosedurlarda sizə xidmət göstərə bilər.
Biz eyni zamanda məhkəmələrdə istifadə olunacaq dinləmələr, şahid ifadələri və digər audiovizual materialları da transkripsiya edə bilərik.
CETA Tərcümə Mərkəzi sizə peşəkar tərcümə xidmətləri ilə yanaşı, yüksək səviyyədə hüquqi dəstək də vermiş olacaq.