Qiymətli ideyaları kütlələrə doğru üsullarla çatdırmaq müasir bazarın ən vacib elementidir. Multimedia texnologiyalarından faydalanaraq mesajlarınızı daha güclü çatdırın! CETA Tərcümə Mərkəzi onlayn satış kampaniyası, kino, televiziya və ya veb-sayt kimi platformalarda mesajlarınızı ən doğru formada çatdırmaq üçün həllər təklif edir. Biz sizə auditoriyanızı böyütməyin ən keyfiyyətli yolunu göstəririk! CETA auidovizual materiallarınızı dünya standardlarına uyğun keyfiyyətdə subtitrlərlə tərcümə edir və səsləndirmə həyata keçirir. Peşəkar filoloqlarımız sənədli filmlərin, reklamların və şirkətlərə aid hər cür videoların səs yazılarını dəqiqliklə transkripsiya edir. Biz sizin mətnlərinizin orijinal üslubunu qoruyur, onu yeni dildə ən keyfiyyətli formada ifadə edirik.
Biz istər biznes qurumları, istərsə də fiziki şəxslərə aid audiovizual materialları yüksək həssaslıqla bütün dillərə çevirir, ideyalarınızın fərqli dillərdə danışan kütlələrə tam dəqiqliklə çıxışının təminatını veririk.
CETA Tərcümə Mərkəzi müştərilərinə subtitrlərlə tərcümə, subtitrlərin lokalizasiyası və kadrarxası səsləndirmə xidmətlərini təklif edir. Təcrübəli tərcüməçilərimiz və audiovizual texniklərimiz subtitrlərin və ya kadrarxası səs yazılarının zamanlanmasını mükəmməl şəkildə uyğunlaşdırırır. Sizə isə sadəcə yeni dildə hər gün böyüyən auditoriyanızdan zövq almaq qalır!