CETA Tərcümə Mərkəzi Azərbaycanın aparıcı tərcümə şirkətlərindən biridir. Bizim çoxsaylı peşəkar tərcüməçi və dilçilərdən ibarət geniş şəbəkəmizə qoşulmaq üçün aşağıdakı formanı doldura bilərsiniz.
Eyni zamanda tərcümələrinizdən nümunələr göndərə, yaxud bizim sınaq materialımızı tərcümə edə bilərsiniz. CETA Tərcümə Mərkəzi bütün dillər üzrə müraciətləri qəbul edir. Müraciətlər aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
- Tərcümə sahəsində təcrübə (üstünlükdür);
- Tərcümə sahəsində ali təhsil (üstünlükdür);
- VÖEN;
- Tərcümə nümunələrinin və ya sınaq materialın tərcüməsinin keyfiyyəti.
CETA Tərcümə Mərkəzi tərcüməçilərinin fəaliyyətini mütəmadi olaraq aşağıdakı meyarlar əsasında qiymətləndirir və əməkdaşlığa davam edib-etməmək barədə qərar verir:
- Yerinə yetirilmiş işlərin keyfiyyəti;
- İşlərin vaxtında təhvil verilməsi;
- Sifarişlərdən imtina/qəbul səviyyəsi;
- İşin başqasına ötürülüb-ötürülməməsi (outsourcing).