Preloader

Bizi izləyin

Blog

Nobel mükafatına layiq görülmüş iqtisadçı tələbələrə süni intellekt (Sİ) ilə bağlı işlərlə təmin olunmaq üçün STEM sahələrinə daxil olmağa tələsməmələri barədə xəbərdarlıq edərək, özlərini məhv etməyin başlanğıcını qoya biləcəklərini dedi.

Nobel mükafatına layiq görülmüş iqtisadçı tələbələrə süni intellekt (Sİ) ilə bağlı işlərlə təmin olunmaq üçün STEM sahələrinə daxil olmağa tələsməmələri barədə xəbərdarlıq edərək, özlərini məhv etməyin başlanğıcını qoya biləcəklərini dedi.

  • İqtisadiyyat professoru tələbələrə süni intellekt (Sİ) ilə bağlı iş əldə etmək üçün STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) sahələrinə daxil olmağa tələsməmələri barədə xəbərdarlıq edib.
  • O, süni intellekti (Sİ) təkmilləşdirən İT işlərində işləyən bəzi işçilərin süni intellektlə əvəz oluna biləcəyini deyib.
  • Bunun əvəzinə, gələcəkdə empatiya və ünsiyyət kimi “yumşaq” bacarıqların inkişaf edəcəyini söyləyib.

Tələbələr süni intellekt sahəsində gəlirli və perspektivli vəzifələr əldə etmək ümidi ilə kolleclərdə STEM sahələri üzrə təhsil almağa can atırlar, lakin Nobel mükafatı qazanmış iqtisadçı bu şişirdilmiş gözləntilərə qarşı xəbərdarlıq edib.

London İqtisadiyyat Məktəbinin iqtisadçısı və 2010-cu ildə İqtisadiyyat Elmləri üzrə Nobel Memorial Mükafatı laureatı Kristofer Pissarides “Bloomberg” informasiya agentliyinə verdiyi son müsahibəsində süni intellekti təkmilləşdirən İT işlərində işləyən işçilərin gələcəkdə öz vəzifələrinə tələbatın azalması riski ilə qarşı-qarşıya olduqlarını deyib.

Pissarides deyib ki, hazırda ehtiyac duyulan bacarıqlara, yəni məlumatların toplanılması, onların düzgün qaydada təşkili, inkişaf etdirilməsi və onlardan süni intellektin növbəti mərhələsini hazırlamaq üçün istifadə edilməsi və ya daha da önəmlisi, süni intellektin işlər üçün daha uyğun vəziyyətə gətirilməsi kimi bacarıqlara tələbat azalacaq, çünki bu işləri artıq süni intellektin özü edəcək.

O, dediklərinə əlavə olaraq, bu yeni İT bacarıqlarına olan tələbatın tələbələrin özlərini məhv etməsinin başlanğıcını qoyduğunu deyib.

Universitet və Kollecə Qəbul Xidmətinin “BBC”-ə verdiyi məlumata görə, 2023-cü ildə Böyük Britaniyada süni intellektə marağın olması səbəbindən universitetlərdə kompüter elmləri üzrə təhsil almaq üçün edilən müraciətlərin sayı təxminən 10% artıb. 2022-ci il ilə müqayisədə, proqram mühəndisliyi üzrə müraciətlərin sayı 16%, kompüter elmləri üzrə müraciətlərin sayı isə 11% artıb.

Lakin Pissarides izah edib ki, hətta bütün məzunlar üçün süni intellekt sahəsində işlər kifayət etməyə bilər.

“İnkişafın olmasına baxmayaraq, bu işlərin sayı STEM sahəsindən məzun olanların işlə təmin olunması üçün lazımi qədər çox deyil, çünki onların etmək istədikləri də budur”, deyə Pissarides bildirib.

Pissarides, bunun əvəzinə, gələcəkdə qonaqpərvərlik və səhiyyə kimi sektorlarda “yumşaq” bacarıqların (məs., empatiya, ünsiyyət) inkişaf edəcəyini, çünki bunların süni intellekt tərəfindən mənimsənilmə ehtimalının çox aşağı olduğunu vurğulayıb.

     “İşlərin əksəriyyətinin fərdi qulluq, ünsiyyət, yaxşı səviyyədə sosial münasibətləri ehtiva edəcək işlər olduğunu deyəndə, insanlar təəssüf hissi ilə gələcəkdə səbrsizliklə gözləməli olduqları işlərin bunlar olub-olmadığını soruşa bilərlər”, Pissarides deyib.

“Bu işlərə yuxarıdan aşağı baxmamalıyıq. Onlar məktəbi bitirənlər üçün əvvəllər edilən işlərdən daha yaxşıdır”.

     Süni intellektlə bağlı şişirtmələr şirkətlərin verdiyi yüksək maaşların təsirinə məruz qalır. “Business Insider” saytının daha əvvəl verdiyi məlumata görə, “Google”, “Microsoft”, “Meta” və “OpenAI” kimi böyük texnologiya firmaları süni intellekt vəzifələrinə görə 6 rəqəmli əmək haqqı təqdim edir.

     “Business Insider” saytının verdiyi məlumata görə, “Disney”, “JPMorgan” və “Accenture” kimi qeyri-texnologiya şirkətləri belə süni intellekt bacarıqlarına və biliklərinə sahib işçilərə rəqabətədavamlı əmək haqqı təklif edir.

     Pew Tədqiqat Mərkəzinin verdiyi məlumata əsasən, ABŞ-da 2010-cu ildən bəri STEM sahəsinin məzunlarının sayında ümumilikdə artım müşahidə olunub, xüsusən də, ABŞ-da texnologiya sahəsindəki vəzifələr ən yüksək maaş təqdim edilən vəzifələrdən bir neçəsidir.